Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

-

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesi davam edib. O, məhkəmədə ifadə verməkdən imtina edib. Hüquq müdafiəçisi deyib ki, indiki mərhələdə ittihamlar onun üçün aydın deyil. O, özünü təqsirli bilmədiyini, qrant layihələrini təyinatı üzrə xərclədiyini bildirib.

Məhkəmədə Rəsul Cəfərovun istintaqa verdiyi ifadə elan olunub.

Bundan sonra zərərçəkənlər dindirilib.

Onlardan biri Anar Cəbiyev (Anar Nağılbaz kimi tanınır) bəyan edib ki, zərərçəkən deyil.

Məhkəmə fasiləyə gedib. Az sonra davam edəcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG