Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

Rusiyada vətənə xəyanət edənlər


Svetlana Davydova
Svetlana Davydova

-

Masha Gessen «The New York Times»da Rusiyada casusluqda ittiham olunan Svetlana Davydova-dan yazır. Davydova Ukrayna səfirliyinə zəng edərək yaxınlıqdakı hərbi bazadan rus əsgərlərinin çıxarılması barədə informasiya verməkdə ittiham olunur.

Müəllif yazır ki, Davydova-nın başına gələnlər inanılmazdır. Onun yeddi uşağı var, kiçiyi iki aylıqdır. İctimai nəqliyyatda eşitdiyi bir söhbəti Moskvada Ukraynaya səfirliyinə çatdırdığına görə 20 ilədək həbs oluna bilər. Təhlükəsizlik əməkdaşları onun mənzilinə girəndə körpəsini südləyirmiş. Davydova hazırda zaminə buraxılıb, ancaq vətənə xəyanət ittihamı götürülməyib:

«Qanuna görə, gizli informasiyanı təkcə xarici dövlətlərə deyil, beynəlxalq təşkilatlara ötürənlər də vətənə xəyanətdə ittiham oluna bilərlər. Hətta belə bir informasiyası olmayanlar belə məxfi məlumatı ötürməkdə təqsirli bilinə bilər. Məsələn, Davydova ancaq avtobusda kiminsə söhbətini eşidib. Rusiya hökuməti Ukrayna ərazisində əsgəri olmadığını deyir. Buna görə də, qadının Ukrayna səfirliyinə çatdırdığı məlumat, əslində, yalan olub. Paradoksal görünsə də, Davydova yalan informasiyanı dövlət sirri kimi çatdırdığına görə ittiham olunur.

Kreml uzun müddət iddia edib ki, yeganə müxalifəti şəhərdəki orta sinifdir. Hətta həmin sinfin təmsilçiləri belə buna inanmağa başlayıblar. Ancaq anti-Putin bloqqerlər və jurnalistlər yəqin unudublar ki, Rusiyanın nə vaxtsa azad seçkiyə bənzər səsvermələrində fəhlə sinfindən də kommunistlərə və digər müxalifət partiyalarına səs verənlər olurdu. Svetlana Davydova və əri Anatoly Gorlov 1990-2000-ci illərdə kommunist fəalları idilər.

Moskvada ABŞ səfirliyi önündə etiraz - 2011
Moskvada ABŞ səfirliyi önündə etiraz - 2011

Onillik görünməmiş iqtisadi rifah dövründə fəhlə sinfinin qəzəbi sovuşdu. Ancaq indi iqtisadiyyat çökməkdədir və Kremlin də Davydova və Gorlov kimi şəxslərin etirazından qorxmağa əsasları var. Rusiya neft gəlirlərində çimərkən, bu şəxslər kasıbçılıqla baş-başa qalıblar. Kremlin nöqteyi-nəzərindən, fəhlə sinfindən olan, cızığından çıxan qadının məhkəməsini qurmağın tam zamanıdır».

RUSİYADA ANTİ-AMERİKANİZM VÜSƏT ALIR

Rusiyada ABŞ-a münasibətin nə qədər pis olduğunu düşünsəniz, azdır, bu ölkədə anti-amerikanizmin kəskinliyi və qəfil vüsətini təsvir edə bilməzsiniz. İndi rusiyalıların 80 faizdən çoxu ABŞ-a mənfi yanaşır. Rusiyalıların 42 faizi isə ABŞ və Rusiyanı «düşmən» kimi görür. Sorğunu «Levada» mərkəzi aparıb.

Bu rəqəm 1990-cı illərlə müqayisədə lap sarsıdıcıdır. Sorğu nəticələri göstərib ki, Amerikaya mənfi münasibət üç dəfə artıb – 1990-cı illərin sonunda Kosovo müharibəsi vaxtı; 2003-cü ildə ABŞ İraqı işğal edəndə və 2008-ci ildə Rusiyanın Gürcüstanla müharibəsini tənqid edəndə. Ancaq mənfi münasibət müvəqqəti olub və belə dərinə getməyib. Ümumilikdə isə, rusiyalıların ABŞ-a münasibəti müsbət qalıb. İndi isə...

Anti-amerikanizm ən çox 2012-ci ildən artmağa başlayıb. Putin təkrar prezidentliyə qayıdandan sonra idarəçiliyi və dəstəyini möhkəmlədib, iqtisadi artımı az, milli dəyərləri daha çox vurğulayıb, Qərblə qarşıdurmaya gedib. Bu plan da baş tutub: Putin-in reytinqi anti-amerikanizmlə birlikdə artıb.

XS
SM
MD
LG