Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

Müxalifət partiyaları iqtidar nümayəndəsi ilə görüşə dəvət olunublar


Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun partiyalarla görüşü - 13 dekabr 2014

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun partiyalarla görüşü - 13 dekabr 2014

-

Fevralın 12-də müxalifət partiyaları Prezident Administrasiyasının rəsmisi ilə görüşəcəklər. Partiyalara dəvət Administrasiyadan göndərilib.

Bu haqda AzadlıqRadiosuna Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

Müsavat Partiyası da görüşə dəvət alanlar sırasındadır. Ancaq görüşə gedib-getməyəcəkləri haqda qərar verməyiblər. Başqan müavini Gülağa Aslanlı «Bu gün, sabah müzakirə edib qərar verəcəyik, indilik nəsə deyə bilmərik» söyləməklə kifayətləndi.

Xalq Cəbhəsi Partiyasından bildirdilər ki, hələlik dəvət almayıblar.

ADP sədri Sərdar Cəlaloğlu deyir ki, onda olan məlumata görə, ötən dəfə dəvət edilən partiyaların hamısına yenidən məktub göndərilib. O, hətta keçən debata qatılmayanlardan bəzilərinin ikinci görüşə qatılacağı haqda məlumatlar olduğunu da deyir.

Görüş fevralın 12-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçiriləcək.

Ötən il Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov dekabrın 13-də partiyalarla görüşmüşdü. Bunu iqtidar-müxalifət dialoqu, hakimiyyətin partiyalarla görüşü kimi dəyərləndirənlər də olmuşdu.

MÜZAKİRƏ OLUNACAQ MÖVZULAR BİLİNMİR

Bu görüşün təşəbbüskarlarından olan Sərdar Cəlaloğlu siyasi məhbus məsələsinin müzakirəsini təklif etsə də, orda başqa məsələlər də müzakirəyə çıxarılmışdı.

Qərar verilmişdi ki, ikinci görüş iki ay sonra baş tutsun. Amma bu dəfə də konkret diskussiya mövzusu bəlli deyil. Hər halda Sərdar Cəlaloğlu bildirir ki, orda hansı mövzunun müzakirə olunacağından xəbərsizdir:

«Ona görə çıxış edib-etməyəcəyimi deyə bilmərəm. Mühüm olan çıxış deyil. Mən vəziyyətə baxacağam».

Ötən dəfə görüşə AXCP və Müsavat da dəvət edilmişdi. Ancaq onlar görüşə qatılmaqdan imtina etmişdilər. Görüşə gedənlər isə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev oldu.​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG