Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:59

Misir prezidenti Sisi: «Yüzlərlə adam ölməyə də bilərdi»


Qahirədə prezident Abdel Fattah al-Sisi-nin portretləri - 2014
Qahirədə prezident Abdel Fattah al-Sisi-nin portretləri - 2014

-

Almaniyanın «Spiegel» dərgisi Misir prezidenti Abdel Fattah el-Sisi ilə müsahibə dərc edib. Sisi ölkəsinin çarpışmalarından, sələfi Mohammed Morsi-nin devrilməsindən, «İslam Dövləti» və «Müsəlman Qardaşlığı» qruplarının Misirə təhlükəsindən danışıb.

Müsahibəni Dieter Bednarz və Klaus Brinkbäumer aparıb.

- Morsi gedəndən sonra vətəndaş müharibəsinin qarşısını almaqdansa, onu qızışdırdınız. Yüzlərlə adam həlak oldu, xeyli sayda həbsə atılan oldu.

- Xeyr, elə deyil. Yüzlərlə adam ölməyə də bilərdi. Bircə nəfərin də ölümünə görə kədərlənirəm. Ancaq buna başqa kontekstdə baxın. Son 10 ildə İraqda, Suriyada, Liviyada, Yəməndə həyatını itirənləri götürək. Misirin əhalisi həmin ölkələrin cəmi əhalisindən çoxdur. Ölənlərin sayına baxsanız, anlayarsınız ki, ordu xalqı qoruyub.

- Demək istəyirsiniz ki, ordu müdaxilə etməsəydi, Misir də Suriya və İraqın yoluyla gedəcəkdi?

- Ordu müdaxilə etməsəydi, milyonlarla olmasa da, yüz minlərlə adam həlak olardı.

- «Rabaa» meydanında baş verənlər qətliam idi, təhlükəsizlik qüvvələri Morsi-nin azı 650 tərəfdarını öldürdü. Bu, səlahiyyətdən sui-istifadədir.

- Yenə də öz meyarlarınıza əsaslanırsınız. Adamlar meydana hücum etsəydi, «Rabbaa»da qurbanların sayı 10 dəfə artıq olardı. Misirlilər buna hazır idilər. Orada oturmağa 45 gün icazə verildi, adamlar anlamalı idilər ki, paytaxtın əsas meydanlarından biri tamamilə iflic olmuşdu. Etirazçıları dəfələrlə çağırdıq ki, xoşluqla çıxsınlar. Sizin ölkənizdə buna icazə verilərdi?

- Bizim polis silahdan atəş açmazdı. Gözyaşardıcı qaz və su şırnağından istifadə edərdi. Ölkəmizdə belə bir qırğından sonra daxili işlər naziri istefa verərdi.

- Aramızda sivilizasiya boşluğunu etiraf etməkdən utanmıram. Almaniyada polis və əhali sivildir və məsuliyyət hissi var. Alman polisi yaxşı təchiz olunub və ən yaxşı təlimi görüb. Həm də ölkənizdə etirazçılar nümayişin ortasında polisə qarşı silah işlətməzdilər.

XS
SM
MD
LG