Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:23

-

ABŞ-ın keçmiş konqresmeni dekabrda İrana səfər edibmiş. 1979-cu il İslam İnqilabından sonra ilk dəfədir ki, indiki, yaxud keçmiş konqresmenə belə bir dəvət gəlib.

Kansasdan olan demokrat Jim Slattery 1983-1995-ci illərdə Nümayəndələr Palatasında çalışıb. O, Tehranda zorakılıq və ekstremizmə qarşı beynəlxalq konfransa qatılıb, rəsmilər, deputatlarla görüşüb.

Slattery fevralın 9-da Vaşinqtonda Atlantik Şurası beyin mərkəzində çıxış edib.

Onun sözlərinə görə, prezident Hassan Rohani və yaxın ətrafı İranın Birləşmiş Ştatlarla münasibətlərinin yaxşılaşdırılmasını istəyir. Keçmiş konqresmenin fikrincə, "onlarda alınmasa, İranda hakimiyyətə daha sərt xətt tərəfdarları qayıda bilər".

"İranlılar illərdir həsrətində olduqları hörməti görmək istəyirlər," Slattery söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG