Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:50

BMT deyir ki, Taliban qanqster kimi davranır


Kabildə Taliban və İŞİD-ə qarşı etiraz aksiyası

Kabildə Taliban və İŞİD-ə qarşı etiraz aksiyası

-

BMT-nin ekspertləri deyir ki, Əfqanıstanda Taliban getdikcə özünü daha çox qanqster kimi aparır.

Talibana qarşı sanksiyalara nəzarət edən ekspert qrupu hesabat yayıb. Hesabatda deyilir ki, 1996-cı ildən 2001-ci ilədək Əfqanıstanı idarə etmiş fundamentalist qrup cinayətkar fəaliyyətini gücləndirib. Buraya narkotik maddələr dövriyyəsi, qanunsuz mədənçıxarma, yollardan istifadəyə görə pul almaq, adam oğurluğuna görə girovpulu pul tələb etmək daxildir.

Hesabat fevralın 9-da BMT-nin Təhlükəsizlik Şurasında yayılıb. Sənədə görə, Talibanın Əfqanıstanda kriminal şəbəkələrlə əməkdaşlığının "miqyası və dərinliyi" təzədir və digər kriminal qruplarla onilllərlə davam edən əlaqələrə söykənir.

Hesabatda bildirilir ki, bu trendin Əfqanıstanda sülh və təhlükəsizlik üçün "ciddi fəsadları" var. Çünki kriminal fəaliyyətdən qazanan talibançıları yeni hökumətin istənilən barışdırıcı addımına qarşı çıxmağa həvəsləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG