Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:39

Moskva məhkəməsi Savchenko-nun həbsinin uzadılmasına baxacaq


Nadia Savchenko məhkəmədə
Nadia Savchenko məhkəmədə

-

Fevralın 10-da Moskva məhkəməsi Ukrayna ordusunun pilotu Nadia Savchenko-nun həbs qətimkan tədbirinin uzadılmasına baxacaq.

Rusiya İstintaq Komitəsi bu müddətin mayın 13-dək uzadılmasını istəyib.

Savchenko iyunda Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən yaxalanıb və iyulda Rusiyaya verilib. İki rusiyalı jurnalistin ölümündə iştirakda ittiham olunur.

Savchenko dekabrın 13-də həbsdə aclıq aksiyasına başlayıb, Rusiyada saxlanmasına etiraz edir. Onun "çəkisinin kəskin azaldığı" bildirilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki fevralın 4-də deyib ki, Savchenko-nun həyatı "tükdən asılıdır".

XS
SM
MD
LG