Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Əli Bayramlı sakinlərinə selə görə təzminat verilmir


Oktyabrın 11-də leysan və daşqından Əli Bayramlı şəhərinə dəyən ziyan ilkin hesablamalara görə, iki milyon yarım yeni manat məbləğindədir. Bu vəsaitlə yollar, ictimai binalar, kommunikasiya xətləri və fərdi mənzillər təmir olunmalıdır.


Əli Bayramlı Şəhər İcra Hakimiyyətində şöbə müdiri Şahid Əfəndiyevin sözlərinə görə, zərər çəkmiş sakinlərə təzminat ödənməyəcək. Amma təbii fəlakətdən ziyan dəymiş evlər dövlət hesabına təmir olunacaq. Bundan başqa, qəza vəziyyətində olan iki altmış mənzilli bina Fövqəladə Hallar Nazirliyinin hesabına bərpa olunacaq.


Oktyabrın 24-dən həmin binaların sakinləri köçürüləcək və binanın qarşısında polis postu qurulacaq. Sakinlər nazirliyin hesabına kirayədə qalacaq və ya yataqxanalarda yerləşdiriləcəklər: «Nazirlik onların üç aylıq kirayə haqqını verməyi boynuna götürüb. Həmin müddətdə isə təmir işləri başa çatdırılacaq».


Cənab Əfəndiyevin sözlərinə görə, vəsait vaxtında ayrılsa, növbəti iki-üç ayda təbii fəlakətin nəticələri aradan qaldırıla bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG