Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:14

«Azad jurnalistikaya açıq-aydın təzyiq»


«Azadlıq» qəzeti yerləşdiyi binadan çıxarılmaq təhlükəsiylə üzləşib

«Azadlıq» qəzeti yerləşdiyi binadan çıxarılmaq təhlükəsiylə üzləşib

«Sərhədsiz Reportyorlar» Təşkilatının Avropa bölməsinin direktoru Elza Vidal «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi ofisdən çıxarılması məsələsinə münasibət bildirib. Xanım Vidal bu addımı Azərbaycanda azad sözə təzyiq kimi qiymətləndirdiklərini və təəssüfləndikləri bildirib: «Biz bu faktdan çox narahatıq. Bizdə olan məlumata görə, «Azadlıq» qəzeti yerləşdiyi binadan çıxarıla və faktiki olaraq yersiz qala bilər. Biz bu qərardan ancaq təəssüflənə bilərik».

«Sərhədsiz Reportyorlar» Təşkilatının rəsmisi qəzetdə çalışan jurnalistlərin fəaliyyətlərini davam etdirəcəyinə əmin olduğunu vurğulayıb: «Bu, açıq-aydın Azərbaycanda azad jurnalistikaya təzyiq göstərməkdir. Ancaq, digər tərəfdən mənasız addımdır, çünki jurnalistlər fəaliyyətlərini davam etdirəcəklər».


Müxalifətə yaxın olan «Azadlıq» qəzeti yerləşdiyi binadan çıxarılmaq təhlükəsiylə üzləşib. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi redaksiyanın yerləşdiyi Xaqani küçəsindəki binanın boşaldılaraq bu quruma verilməsi barədə 1 Saylı İqtisad Məhkəməsində iddia qaldırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG