Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:30

“Qanlı Yanvar” bədii filmi təqdim edildi


“Qanlı Yanvar” filmindən kadr

“Qanlı Yanvar” filmindən kadr

Rejissor Vahid Mustafayevin ssenarisi və quruluşunda ANS Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən “Bakı Film” Kinostudiyasında çəkilmiş “Qanlı Yanvar” bədii filminə ictimai baxış olub.

AzərTAc xəbər verir ki, fevralın 9-da “28 Cinema” kinoteatrında “20 Yanvar Fondu”nun qonaqlarının, Azərbaycan kino xadimlərinin, rejissorların, ziyalıların iştirakı ilə filmin qapalı təqdimat mərasimi keçirilib.

“Qanlı yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar sovet ordusunun Bakıya soxulması və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG