Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:44

Che Guevara-nın "Motosiklet gündəlikləri"


Che Guevara
Che Guevara

-

Latın Amerikasının ən məşhur inqilabçısı Ernesto "Che" Guevara "Motosiklet gündəlikləri"ni 8 min kilometrlik səyahət sonrası qələmə alıb.

Həmin səyahət həm də, özü imkanlı ailədən olan Ernesto-nun "alçaldılmış və təhqir olunmuşlar"ın müdafiəçisinə, daha dəqiqi onlardan birinə çevrilməsinin tarixçəsidir.

1952-ci ilin yanvarında tibb fakültəsinin 23 yaşlı tələbəsi Ernesto öz dostu, 29 yaşlı biokimyaçı Alberto Granado ilə Latın Amerikasına səyahətə çıxır.

Onlar "La Poderosa" (Güclü) adı verdikləri birsilindrli motosikletləri ilə yola çıxır, barəsində kitablardan oxuduqları Latın Amerikasının əsl həqiqətdə necə olduğunu gözləriylə görmək istəyirlər.

Təkcə motosikletlə yox, həmçinin paroxod, sal, avtobus, at, yoldan keçən maşın və s. ilə 8 min kilometr qət edirlər.

Ernestonu həmin səyahətəcən artıq təcrübəli səyyah saymaq olardı.

O, 1950-ci ildə motorlu velosipedi ilə Argentinanın şimal bölgələrini gəzib-dolaşmışdı. (Ardı aşağıda)

Ernestonun Argentinanı gəzdiyi motorlu velosiped. Che Muzeyi. Alta Gracia, Argentina
Ernestonun Argentinanı gəzdiyi motorlu velosiped. Che Muzeyi. Alta Gracia, Argentina

Əslində valideynləri Che-nin Latın Amerikası səyahətinə çıxmasına qarşı idilər. Düşünürdülər ki, belə getsə, o oxumağın daşını birdəfəlik atacaq. Onun üstəlik astması da vardı. Amma Alberto dostunun valideynlərini arxayın edir ki, Che qayıdıb təhsilini başa vuracaq (belə də olur).

Dostlar səyahətləri zamanı xarici şirkətlərin idarə etdiyi mədənlərdə qəpik-quruşa çalışan fəhlələrlə söhbətləşir, onların ağır güzəranının şahidi olurlar. Eləcə də kommunistlərə qarşı təqiblərin.

Che Latın Amerikasının qədim xalqlarının nümayəndələri ilə tanış olur, dostlaşır, bir zamanlar möhtəşəmliyi göz qamaşdırmış qədim ink sivilizasiyasının qalıqlarını görür.

Dostlar cüzamlı xəstələrə də qulluq edirlər.

2005-ci ildə Alberto Granado BBC-yə müsahibəsində demişdi:

"Məndə belə təsəvvür yaranmışdı ki, Che institutlaşmış səhiyyə sisteminə "əlvida" deyib xalqın həkiminə çevrilir... Səyahətin sonunda biz sadəcə, beli çantalı iki avara idik. Üstümüzdəki toz bizim əvvəlki aristokrat eqomuzun kölgəsi idi..." ​

Che Gevara "Güclü"nün necə işlədiyini yoxlayır.
Che Gevara "Güclü"nün necə işlədiyini yoxlayır.

Che Guevara-nın Argentinanı tək gəzdiyi səyahəti, 1950
Che Guevara-nın Argentinanı tək gəzdiyi səyahəti, 1950

Che Gevara və dostunun 8 min kilometrlik səyahəti
Che Gevara və dostunun 8 min kilometrlik səyahəti

Alberto Granado (solda) və Guevara sal üzərində
Alberto Granado (solda) və Guevara sal üzərində

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG