Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:49

ABŞ Ukraynaya silah verilməsini götür-qoy edir


Prezident Barack Obama və Almaniya kansleri Angela Merkel Vaşinqtonda görüş keçiriblər.

Prezident Barack Obama və Almaniya kansleri Angela Merkel Vaşinqtonda görüş keçiriblər.

Prezident Barack Obama Ukraynaya silah vermək niyyətini Almaniya kansleri Angela Merkellə Vaşinqton görüşü zamanı bildirib.

-

ABŞ prezidenti bildirib ki, Vaşiqnton hazırda Ukraynaya müdafiə təyinatlı döyüş silahları verilməsi variantını araşdırır.

Almaniya kansleri Angela Merkellə Ukraynada sülh məsələsini müzakirə etdikdən sonra Obama deyib ki,Rusiya Minsk razılaşmasında nəzərdə tutulmuş bütün öhdəliklərini pozub.

Angela Merkel-in Ukraynaya silah verilməsinin əleyhinə olmasına baxmayaraq ABŞ-ın vəzifəli rəsmiləri Kiyevə daha əsaslı hərbi yardım göstərilməsini tələb edirlər.

Daha bir Minsk görüşü

Xəbər verilir ki, Vaşiqntonda səfərdə olan Almaniya kansleri Angela Merkel Ukraynaya dair ötən il əldə olunmuş sülh razılaşmasını canlandırmaq məqsədilə Berlin və Parisin birgə dipolomatik səylərinin nəticələri barədə ABŞ prezidentinə geniş məlumat verib.

Kiyev və Moskvadan verilmiş yeni sülh təkliflərinin təfərrüatları hələ açıqlanmasa da, onların arasında hazırkı cəbhə xətti boyunca 50-70 kilometrlik zolağın yaradılması maddəsinin də olduğu xəbər verilib.

Rusiya, Ukrayna, Almaniya və Fransanıən iştirakilə yeni Minsk görüşü çərşənbə günü keçirilməlidir.

“Avropanın sərhədləri toplarla dəyişdirilə bilməz”

Almaniya kansleri ilə birlikdə mətbuat üçün məlumat verən Barack Obama bildirib ki, Ukraynaya müdafiə məqsədli döyüş silahlarının verilməsi təklifi hələ də masa üstündədir.

Amerika prezidenti bildirib klİ, qarşıdan gələn danışqlarda da nəticə əldə olunmasa, o, öz komandasına bütün variantlara baxılması sərəncamını verəcək.

Angela Merkel hazırda diplomatik səylərin fayda vermədiyini etiraf etsə də, Ukraynaya silah verilməsini istəmədiyini bildirir. Kansler inanır ki, diplomatik cəhdlər davam etdirilməlidir.

Barack Obama isə bildirib ki, “Avropanın sərhədləri top atəşləri ilə dəyişdirilə bilməz”.

Tank qabağına adyalla çıxmazlar

Avropa İttifaqının xarici işlər nazirləri Rusiya və Ukrayna separtçılarının liderlərinə qarşı yeni sanksiyalar barədə razılığa gəlsələr də, onların tətbiqini bir qədər ləngidəcəklərini bildiriblər.

Onlar qeyd ediblər ki, sülh danışqılarına daha bir imkan yaratmaq istəyirlər.

Almaniyanın Ukraynadakı sülh cəhdləri ABŞ-da respublikaçılar tərəfindən ciddi tənqid edilir.

“Ukraynalıları qırırlar, bizsə onlara adyal və yemək göndəririk. Adyalla rus tanklarının qabağına çıxmaq olmaz – deyib senator John McCain.

Lakin ABŞ-ın dövlət katibi John Kerry Amerika ilə Avropa İttifaqı arasında Ukrayna münaqişəsinə dair fikir ixtilafı olduğu barədə iddiaları təkzib edib.

Putin Kiyevi hədələyir

Misirə iki günlük səfərə gedən Putin orada verdiyi müsahibəsində deyib ki, Ukrayna hökuməti ölkənin şərqindəki döyüşləri dayandırmalıdır. Rusiya prezidentinin sözlərinə görə, “hadisələrin stabilləşməsi üçün ən vacib şərt atəşi dayandırmaqdır”.

O, Kiyevə xəbərdarlıq edib ki, “sonunda ölüm və böyük fəlakət olan” yoldadır.

Ukraynanın şərqində separatçılar deyirlər ki, Debaltseve mühasirədədir. Özünü "Donetsk Xalq Respublikası" adlandıran qurumun müdafiə rəhbəri Eduard Basurin bildirib ki, şəhərdə 6 min adam var. Amma onların nə qədərinin mülki şəxs olduğunu açıqlamayıb.

Ukrayna ordusunun məlumatına görə, onlar şəhərin hava məkanına nəzarət edirlər. Şəhərin 25 min sakinindən çoxu evakuasiya edilib.

Ukrayna ordusu son 48 saat ərzində Ukrayna ərazisinə daha 1500 Rusiya əsgərinin keçdiyini bildirir.

Ötən ay Rusiya prezidenti Poroshenko deyib ki, hazırda Ukrayna ərazisində 10 minədək Rusiya əsgəri var.

Rusiya Ukrayna ərazisinə qoşun yeritmədiyini, separatçılara silah göndərmədiyini bəyan edir.

Ötən ilin aprelindən başlayan münaqişədə 5 min 300-dən çox adam ölüb.

XS
SM
MD
LG