Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:59

Əlibəyli sakinlərinin tək istəyi var – sığınacaq (VİDEO)


Əlibəyli sakinlərinin tək istəyi var – sığınacaq
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Əlibəyli sakinlərinin tək istəyi var – sığınacaq

.

Ermənistan silahlı qüvvələri bir neçə gün əvvəl Tovuzun Əlibəyli kəndini iriçaplı silahlardan aramsız atəşə tutublar. Kənd sakinlərinin ev və təsərrüfatlarına ziyan dəyib. Ermənistan əsgərlərinin dayandıqları postlardan görünən evlərin hasarlarına, dam və pəncərələrinə xəsər yetirən güllələr bir evin də tavanını deşib. Güllərlə davanı dağılan evdəki otaqlardan birində beşikdə yataq körpə xoş təsadüfdən körpə sağ qalıb.

Sakinlərin bildirdiyinə görə, Ermənistan ordusu ilk dəfədir ki, kəndi günorta saatlarında atəşə tutur, çünki güllə və mərmi, adətən, gecə saatlarında yağdırılır.

Atışma zamanı kənd sakini, 1982-ci il doğumlu Xatirə Əliyeva qolundan yaralanaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ermənistan əsgərlərinin atdıqları işıqsaçan güllə kənd sakini İsmayıl Nəbiyevə məxsus, 150 kvadratmetr sahəsi olan yaşayış evində yanğın törədib.

“Təmir üçün materiallar verildi...”

İsmayıl Nəbiyev yanğından öncə ailəsini evdən çıxardığını söyləyir:

“Ev yanmazdan qabaq da atırdılar, onun üçün ailəmi evdən çıxarıb göndərmişdim təhlükəsiz yerə. Özüm qonşuda idim. Evin yandığından əvvəlcə qonşular xəbər tutdu. Atışma sakitləşəndən sonra gedib gördüm ki, ev tamam yanıb. Heç nəyi çıxara bilmədik. Evdə olan zinət əşyaları da, mebel də ələ gəlmədi – hamısı yanıb kül olmuşdu. Atışma səngiyəndən sonra icra başçısı nümayəndələrini göndərdi, evə dəymiş ziyan müəyyənləşdirdilər. Təmir üçün materiallar da verildi”.

Aramszı atəşdən ziyan dəyən başqa evlərin sakinləri də zərərin ödənməsini xahiş edirlər.

“Həmişə zirzəmidə gizlənirdik...”

Kənd sakini Elvin Tağıyev:

“Həmişə zirzəmidə gizlənirdik, indi ora da atırlar... Bilmirik harada gizlənək. Heç bizimlə maraqlanan, “evə nə qədər ziyan dəyib, nə lazımdır” - deyə soruşan yoxdur. Ziyan göz qabağındadır.Tikmişik, yaratmışıq, indi də dağıdırlar”.

Başqa bir sakin – Nəriman Abdıyev:

“Çox şey istəmirik, bircə dənə sığınacaq versinlər ki, atışma düşəndə qadın və uşaqlar içinə girsinlər. Bu kəndi bir nəfər də tərk etməyib... Bircə istəyimiz sığınacaqdır. Atışma düşəndə daldalanmaq üçün...”.

İcra nümayəndəsinin bildirdiyinə görə, atışma nəticəsində kənddə ümumilikdə 100-dək evə ziyan görüb.

XS
SM
MD
LG