Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:40

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Foto arxiv
Foto arxiv

-

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri fevralın 9-da Brüsseldə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təsdiqləyiblər.

Sanksiyalar paketində Rusiya məmurları və Ukraynadakı Rusiya-meylli 14 separatçı liderinin, o cümlədən 8 quruma qarşı hesabların dondurulması, səyahət qadağası və s. sanksiyalar nəzərdə tutulub.

Amma yeni sanksiyaların tətbiqi fevralın 16-dək təxirə salınıb.

Fransanın xarici işlər naziri Laurent Fabius Reutersə bildirib ki, məqsəd Ukrayna böhranının həlli ilə bağlı sülh cəhdlərinə mane olmamaq, dialoqun baş tutmasına vaxt verməkdir. O qeyd edib ki, hadisələrin gedişi Minskdə gözlənilən 4 tərıfli sammitin nəticələrindən aslı olacaq.

Yeni sanksiyalarda yeni şəxslərə qarşı viza qadağası və onların bank hesablarının dondurulması nəzərdə tutulur.

Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond Brüessel görüşündən əvvəl jurnalistlərə bildirib ki, nəqədər ki, Rusiyanin Ukraynaya qarşı təcavüzü davam edir Avropa öz mövqeində möhkəm durmalıdır.

Almaniya rəsmisi Minsk sammitini şübhə altında qoyur.

Sanksiyalar paketində Rusiya məmurları və Ukraynadakı Rusiya-meylli 14 separatçı liderinin, o cümlədən 8 quruma qarşı hesabların dondurulması, səyahət qadağası və s. sanksiyalar nəzərdə tutulub.

Fevralın 11-də Minskdə Ukraynadakı böhranla bağlı 4 tərəfli sammit keçirilməsi nəzərdə tutulur. Həftəsonu Fransa, Almaniya, Rusiya və Ukrayna rəhbərləri arasında telefon danışıqlarında tərəflər Minsk sammitinin baş tutacağına daha çox ümid bəsləyirdilərsə, indi vəziyyət dəyişib. Almaniyanın Xarici İşlər naziri Walter Steinmeier sammitin keçirilməsini şübhə altına alıb. Onun sözlərinə görə, Rusiya, Ukrayna, Fransa və Almaniyanın iştirak etməli olduğu bu görüşlə bağlı çoxlu dəqiqləşməyən məsələ var. Rusiya prezidenti Vladimir Putin də deyib ki, əgər iştirakçı tərəflər gündəlikdəki məsələlər barədə razılığa gəlməsələr, onda görüş heç baş tutmaya bilər.

Kremldən həm də bəyan ediblər ki, Putin Ukrayna ilə bağlı ultimativ dillə danışılmasına imkan verməyəcək.

Putin fevralın 9-da səfərə gəldiyi Misir mediasına verdiyi müsahibədə bildirib ki, Kiyev Ukraynanın Şərqində əməliyyatları dərhal dayandırmalı, bu regiona iqtisadi təzyiqə son qoymalıdır, yoxsa, çıxılmaz vəziyyət fəlakətlə sonuclana bilər.

Həftəsonu keçirilən Münhen Təhlükəsizlik Konfransında Ukraynada baş verənlərə görə, Rusiyanın ünvanına sərt ittihamlar səslənmişdi. ABŞ vitse-prezidenti Joe Biden Moskvanı rəsmən Ukraynaya hərbi müdaxilə və vətəndaş müharibəsini başlatmaqda ittiham eləmişdi. Biden bildirmişdi ki, Putin ya Rusiyadan əlini çəkməli, ya da dünya birliyindən təcrid olunası davam edəcək.

Münhen sammitində Rusiyaya qarşı vuruşa bilmək üçün Ukraynanın silahlandırılması ideyasına qarşı çıxan Almaniya Baş kansleri Angela Merkel fevralın 9-da bu narahatlığını dilə gətirmək üçün Barack Obama ilə görüşə - ABŞ-a gəlib.

ABŞ Dövlət katibi John Kerry səfərdən öncə NATO-da Ukrayna məsələsi ilə heç bir fikir ayrlığının olmadığını, Avropa Birliyi ilə diplomatik həll yolu üzərində ortaq fikirdə olduqlarını, ancaq münaqişənin uzanmasına görə, Rusiya və müttəfiqlərinin cəzalarının da ağırlaşması üçün çalışacaqlarını deyib.

Ukrayna ordusu ölkəyə daha 1500 Rusiya əsgəri keçdiyini deyir.

Ukrayna ordusu son 48 saat ərzində Ukrayna ərazisinə daha 1500 Rusiya əsgəri keçdiyini bildirir.

Ordusunun sözçüsü Andriy Lysenkonun sözlərinə görə, bu qüvvələr Ukrayna ərazisinə fevralın7 və 8-də keçib və hazırda Ukrayna ərazisində 10 mindən çox Rusiya əsgəri var.

Ukrayna prezidenti Petro Poroshenko yanvarın 21-də Rusiyanın Ukrayna ərazisinə 9 mindəm çox canlı qüvvə, o cümlədən 500 tank, ağır artileriya və zirehli texnikalar göndərdiyini bəyan eləmişdi.

Rusiya bu ittihamı rədd edir.

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden fevralın 7-də bəyan edib ki, Rusiya Ukraynadan çıxmasa beynəlxalq təcrid vəziyyəti davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG