Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:12

Almaniya rəsmisi Minsk sammitini şübhə altında qoyub


Frank-Walter Steinmeier

Frank-Walter Steinmeier

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Ukrayna münaqişəsi ilə bağlı fevralın 11-də Minskdə gözlənilən sammitin baş tutmasını şübhə altında qoyub. O qeyd edib ki, bunun üçün hələ çox iş görülməlidir.

Bu sammitdə Rusiya, Ukrayna, Fransa və Almaniyanın liderləri iştirak etməlidir.

Belə bir sammitin keçirilməsini Almaniya bu günlərdə bəyan edib. Bundan əvvəl Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande, Ukrayna prezidenti Petro Poroshenko və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Kreml yanvarın 9-da bəyan edib ki, Putin Ukrayna ilə bağlı iltimatumları qəbul etməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG