Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:51

Gürcüstanda daha bir polis əməkdaşı həbs edilib


Tbilisi məhkəməsi fevralın 9-da polis əməkdaşı Gia Sosanashvilinin həbsinə order verib.

O Yuri Vazagashvilinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

Vazagashvili yanvarın 20-də oğlu Zurab qəbrini ziyarət edərkən törədilən partlayış nəticəsində ölüb.

Zurab Vazagashvili isə 2006-cı ildə polisin keçirdiyi əməliyyat zamanı ölüb.

Atasının ölümündən sonra Gürcüstanın daxili işlər naziri Aleksandr Chikaidze mənəvi məsuliyyətə görə, istefa verib.

Fevralın 2-dən bu yana 2006-cı ildə Zurab Vazagashvilinin ölümü ilə bağlı 11 keçmiş polis əməkdaşı həbs edilib.

Onlar qəsdən adam öldürmə maaddəsi ilə ittiham olunurlar.

Polis əməkdaşı Gia Sosanashvili özünü günahkar saymır və ona qarşı irəli sürülən ittihamı cəfəngiyyat adlandırır.

XS
SM
MD
LG