Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:11

Yerevanda etiraz aksiyası keçirilib


Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası

Yerevanda yüzlərlə ticarətçi etiraz aksiyasına çıxaraq həmkarları Artak Khachatrianın döyülməsinin hərətərəfli araşdırılmasını tələb ediblər.

Aksiyaçılar fevralın 9-da hökumət binasının qarşısından İstintaq Komitəsinin qərargahına yürüş keçiriblər.

3 nəfər naməlum silahlı və maskalı adam fevralın 7-də Yerevandakı ticarət mərkəzinin ətrafında onu oğurlayaraq qəddarcasına döyüblər.

O bir neçə saatdan sonra evində huşsuz halda tapılıb və burununda cərrahiyə əməliyyatı aparılıb.

Khachatrian ötən ay Yerevanda vergilərin artırılmasına qarşı keçirilən etiraz aksiyalarının fəal iştirakçılarından biridir.

XS
SM
MD
LG