Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:15

-

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı həbsxanasında cəza çəkən məhbus Lamiyə Quliyeva zorlanmayıb.

Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırmalardan sonra bu nəticəyə gəlinib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, məhbusun ötən ilin oktyabrında dünyaya gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur.

Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 müddətinə məhkum edilib.

Cəza müddəti bitənə yaxın Cinayət Məcəlləsinin 317-ci (nəzarətçi ilə kobud davranış) maddəsi ilə onun cəza müddəti daha 5 il 6 ay artırılıb. Baş Prokurorluq cəzanın ağırlığı ilə bağlı həmin hökmdən apellyasiya protesti verib.

Lamiyə Quliyeva hazırda Penitensiar Xidmətin 4 saylı Cəza Çəkmə Müəssisəsində saxlanır.

Bu yaxınlarda o, burada nikahdankənar ana olub. Qanunvericiliyə görə, həbsxanada nikah olmadan ər-arvad münasibətinə yol verilmir.

«Araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmaqla nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək» - məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG