Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:05

Bakıda "Cənub Qaz Dəhlizi" üzrə məşvərət şurasının ilk iclası keçiriləcək


Foto arxiv

Foto arxiv

Fevralı 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçiriləcək.

Azərbaycan Energetika Nazirliyi iştirakçıların adlarını açıqlayıb.

Nazirlikdən APA- verilən məlumata görə, iclasın Bakıda keçirilməsini prezidenti İlham Əliyev təklif edib.

Şuranın iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr veriləcək.

Məşvərət Şurasının iclasında Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Azərbaycan Dövlət Neft Şirkəti, "BP-Azebajian", Trans Anadolu Kəməri (TANAP), Trans-Adriatik Kəməri (TAP) və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG