Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:41

-

Anonymous haker qrupu İŞİD (İslam Dövləti silahlı qruplaşmasının əvvəlki adı) üzvlərinin «facebook» və «twitter» hesablarına hücum edib. İŞİD-çilər həmin hesablardan yeni üzvlər toplamaq və nüfuz yaymaq üçün yararlanırdılar.

Qrupun saytında yerləşdirilən videoda deyilir ki, «Anonymous hakerləri İŞİD-ə zərbə vurub».

«Yadda saxlayın, özlərini İslam Dövləti (İŞİD) adlandıran terrorçular müsəlman deyillər. İŞİD, sizi ovlayacağıq, saytlarınızı, hesablarınızı, e-mail-lərinizi dağıdacağıq, sizi üzə çıxaracağıq... Sizinlə virus kimi rəftar olunacaq... Adımız - Anonymous; Legionuq; biz bağışlamırıq, gözlə bizi!» - qrup həmin videoda deyir.

İŞİD-in «facebook», «twitter» və YouTube-da çoxsaylı hesabları var.

Yanvarda Parisdə «Charlie Hebdo» jurnalına hücumdan sonra Anonymous bu islamçı yaraqlı qrupu hədəfə alıb. Ancaq bütün cəhdlərə baxmayaraq, İŞİD onlayn iştirakını gücləndirir. Bu yaxınlarda üzvləri üçün daha çətin aşkarlanan hesabların yaradılmasına dair sosial media təlimatı dərc edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG