Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:22

«Dərə» məhəlləsində dərəyə düşmüş həyat…


Maştağada tullantı suları, 2008

Maştağada tullantı suları, 2008

-

AzadlıqRadiosunun «Qaynar xətt»inə zəng edən Maştağa sakinləri qəsəbənin problemlərindən danışıblar. Sakin Mürsəl Allahverdiyev Maştağa-Nardaran yolunun üstündə azı 20 ildir salınmış yeni massivdə yaşadığını deyir.

Onun bildirdiyinə görə, massivi hamı «Dərə məhəllə» kimi tanıyır. Bura insanların həyatının, sözün əsl mənasında, dərəyə düşdüyü məkandır:

«Yağışlı gündə yolunuzu buralardan salın. Burda çoxunun evində uzunboğaz rezin çəkmələr var. Ayağımıza o çəkmələri geyinirik. Dizə qədər çıxan gölməçələrdən keçib qəsəbənin ortasına çatanda, çəkmələrimizi çıxarıb torbamıza qoyuruq. Gündəlik ayaqqabılarımızı geyinib şəhərə gedirik. Qayıdanda da eyni vəziyyət təkrarlanır. Ortalığı düzəldirlər, ancaq ara məhəllələrimiz bərbad gündədir. Çala-çuxur, yamaqlı, palçıqlı... Yağış yağan kimi palçıq dizə qalxır».

«BU QIŞI DA QAZ GÖRMƏDİK»

Sakin deyir ki, Maştağa kimi əhalisinin sayı çox olan böyük qəsəbə diqqətdən kənarda qalıb.

«Qışı yola salmaq üzrəyik. Biz qəsəbədə qaz görmədik. Gətirib qaz xətlərini çəkdilər, bizə gözdağı eləyib getdilər. Neçə ildir ki, bu qaz xətləri bizə gözdağıya çevrilib. Qəsəbənin ortasına qazı elə xəsisliklə verirlər ki, kibriti çəkirsən, sönür. Qaz deyil, zəhərli havadır. Biz tərəflərdə isə, ümumiyyətlə, heç o da yoxdur».

Bu qəsəbədə gözdağı təkcə qaz xətləri deyil. Buna kanalizasiya xətlərini də əlavə etmək olar:

«Tələsiyə düşüb kanalizasiya xətləri çəkdilər. Nə olsun? Adamlar hələ də anbardan istifadə edir. Qapımızdan biri keçəndə xəcalət çəkirik. Qışda yenə bir az ört-basdır olunur. Yayda həyətdə üfunətdən oturmaq olmur, qapıdan keçmək mümkün deyil. Havaya peyk buraxırıq, yerdə isə hələ də nəcis anbarlarının ümidinə qalmışıq».

TULLANTI SULARI PULLA DAŞITDIRIRLAR

Sakin deyir ki, qəsəbənin ortasında qalaq-qalaq zibil yığılır, gəlib daşıyan yoxdur. Kanalizasiya xətlərinin olmaması isə vəziyyəti lap ağırlaşdırır.

Qəsəbənin çox yerində kanalizasiya xətləri olmadığından tullantı sular həyətlərdəki çuxurlara yığılır. Sonra da xüsusi maşınlar gəlir, tullantılar nasoslarla çəkilir və quyular təmizlənir. Xərci də sakinlərinin boynuna…

«Azərsu» ASC bildirib ki, Zabratda su və kanalizasiya xətlərinin çəkilişi mərhələ-mərhələ davam edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG