Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:07

Bir qrup müsavatçı Qubad İbadoğlunun müdafiəsinə qalxdı


Müsavat
Müsavat

-

Bir qrup müsavatçı Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun partiyadan əsassız olaraq çıxarıldığını bəyan edib. Partiya üzvləri son vaxtlar partiyada baş verənlər və Qubad İbadoğlu olayı ilə bağlı Müsavat rəhbərliyinə müraciət ediblər.

Müraciət edənlərdən biri, Müsavat Partiyasının sabiq Divan üzvü Vurğun Əyyub AzadlıqRadiosuna belə deyib.

Müraciətdə bildirilir ki, Müsavat daxilində partiyanın siyasi xəttindən və idarəçiliyindən narazı olan üzvlərə qarşı təzyiqlər, tənqidi mövqedə olan üzvlərin partiya sıralarından çıxarılması Müsavatın rəhbər strukturlarına etimadı və onun ictimai nüfuzunu azaldır.

Müsavatçılar partiya rəhbərliyindən siyasi plüralizmə, fikir müxtəlifliyinə şərait yaradılmasını, tənqidi mövqelərinə görə partiya üzvlərinin cəzalandırılmasına, repressiyalara son qoyulmasını istəyiblər.

Müsavatçılar partiyadaxili dialoqların təşkilini də vacib hesab edirlər.

Müraciəti imzalayanlar sırasında Müsavat Partiyasının sabiq başqan müavinləri Mehman CavadoğluMəryəm Oruclu, bundan başqa Adil Qeybulla, Vurğun Əyyub, Məlahət Mürşüdlü, Hökümə İbrahimli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və başqaları var.

Fevralın 6-da Müsavat Partiyasının Divanı partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun partiya sıralarından xaric olunması ilə bağlı qərar çıxarıb. Qərarda qeyd olunur ki o, partiya nizamnaməsini kobud surətdə pozub.

Qubad İbadoğlu baş verənləri «repressiya» adlandırır.

XS
SM
MD
LG