Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

İran ayətullalarını ələ salan təpəgöz molla


Ayatollah Tanasoli-nin Facebook səhifəsi

Ayatollah Tanasoli-nin Facebook səhifəsi

-

O, farsca «facebook» və «twitter» hesabında İran imam və mollalarını parodiya edir. «BBC Trending» proqramı Ayatollah Tanasoli («Ayətulla Penis») səhifəsinin yaradıcısından müsahibə alıb.

Tanasoli-ni «facebook»da 20 min nəfər bəyənib, «twitter»də isə 7 min izləyicisi var. Bu rəqəmlər böyük olmasa da, İran üçün ciddi səslənir. Çünki çox adam kəskin tənqid və satiranı bəyəndiyini açıq bildirməkdən qorxur.

O, gülünc və ikiüzlü sərt-xətt tərəfdarıdır. Səhifədə yazır ki,

«öz törətdiyimizi çıxmaqla, istənilən zorakılığı pisləyirik;

Fransada bizdəki kimi islam demokratiyası olsaydı, o karikaturaçılar qətlə yetirilməzdi; on il əvvəl asılmış olardılar;

İslam qadın hüquqlarını dəyərləndirir, özəlliklə də oğlan uşaqları dünyaya gətirən qadınların hüquqlarını».

Tanasoli deyir ki, yumoruna etiraz edən hökumət tərəfdarları və sadə iranlılarla müzakirələrə qoşulur. O, əsl kimliyini, İranda, ya kənarda yaşadığını açıqlamır, ona görə də BBC onun kimliyini təsdiqlədə bilməyib. Ancaq o, 30 yaşında olduğunu və işlədiyini deyir.

Avatarı təpəgöz molladır. Niyə? Tanasoli deyir ki, bu, 1906-cı il inqilabından çıxan əsl ayətulladır. Ona görə təkgözlü ki, hər şeyi öz istədiyi kimi görür – onlar hər şeyi bilirlər və bildikləri hər şey həqiqətdir, sual olunmur.

«Twitter»də isə bu yaxınlarda yazıb ki, «1979-cu ildə insanlar layiq olduqlarını aldılar». Bunun iki mənası var. Birincisi, o deməkdir ki, insanlar inqilab uğrunda vuruşublar, ancaq eyni zamanda baş verənlər bir cəza idi. Bu tvit 17 dəfə təkrar tvit olunub. İranda adamların təkrar tvitdən qorxduğunu nəzərə alsaq, böyük rəqəmdir.

Tanasoli «facebook»da hədələyici mesajlar aldığını deyir: «Sadəcə məni qorxutmaq istəyirlər, deyirlər ki, "bilirik haradasan, anan, bacın fahişədir, səni taparıq, onları zorlayarıq". Bilirəm ki, yalan danışırlar».

Ukrayna ordusu «Qrad» zərbələri endirir

Ukrayna ordusu «Qrad» zərbələri endirir

O, ümid edir ki, nə vaxtsa kimliyini açıqlaya biləcək.

«Bunu məşhur olmaq üçün etmirəm. Bilirəm ki, başqa yerdə olsaydım, bu yumora görə azından yazıçı kimi pul qazanardım», - Tanasoli deyir.

UKRAYNANI SİLAHLANDIRMAYIN!

«Ukrayna böhranının bir ili tamam olur və Rusiya qələbə çalır. Ukraynanın şərqində separatçılar üstünlük qazanır, Rusiya prezidenti Vladimir Putin isə Qərbin sanksiyaları qarşısında geri çəkilənə oxşamır».

Bunu «The New York Times» qəzetində John J.Mearsheimerfeb yazır.

Müəllifin fikrincə, Birləşmiş Ştatlarda Ukraynanı silahlandırmaq çağırışları eşidilsə də, bu cür düşünənlər yanılırlar: «Ukraynaya silah göndərmək ordunu xilas etməyəcək, əksinə, döyüşləri intensivləşdirəcək. Bu addım çox təhlükəlidir, çünki Rusiyanın nüvə silahı var və strateji marağının müdafiəsinə hazırdır».

«Nəinki Ukraynanın şərqində döyüşlər qızışar, eləcə də digər yerlərə yayılar. Onsuz da ağır iqtisadi və sosial problemlər içində olan Ukrayna üçün bunun fəlakətli nəticələri olar», - müəllif yazır.

«Putin-in nüvə silahlından istifadə ehtimalı uzaq görünə bilər, ancaq Ukraynanı silahlandırmaqda bir məqsəd Rusiyanın xərclərini artırmaq və Moskvanı çətin duruma salmaqdırsa, bu variant istisna olunmur».

Müəllif Ukrayna böhranını həll etməyin tək yolunu diplomatiyada görür.

RUSİYA AVROPANIN ZƏİFLİYİNDƏN İSTİFADƏ EDİR

«Yunanıstanın parlament seçkisində radikal solçu «Syriza» partiyasının qələbəsi Rusiyanın Avropa Birliyi daxilindəki siyasi təsirinə yenidən işıq saldı. Məlum olur ki, «Syriza»nın aparıcı üzvlərindən bəzilərinin Rusiya ilə çox yaxın münasibətləri var və bu partiya rusiyapərəst xətt tutub».

«Syriza» tərəfdarları qələbəni bayram edir - 25 yanvar 2015

«Syriza» tərəfdarları qələbəni bayram edir - 25 yanvar 2015

Bunu Mark Adomanis «The Moscow Times»da yazır.

Məsələn, yeni xarici işlər naziri Nikos Kotzias bu yaxınlarda Avropa Birliyinin Rusiyaya dair bəyanatını yumşaldıb, bəyanatda əlavə sanksiyaların heç adı çəkilməyib. Onsuz da AB qarşıdurmaya elə də həvəsli deyil, ancaq «Syriza» ona ciddi təsir göstəribmiş.

Yeni enerji naziri Panagiotis Lafazanis isə deyib ki, «bizim Rusiya və rus xalqından heç bir fərqimiz yoxdur».

Müəllif yazır ki, Rusiya qəsdən təkcə Yunanıstanda deyil, bütün Avropada kiçik partiyalarla əlaqə yaradıb. Çünki başqa yolu yoxdur: bu ölkə o qədər zəhərlidir ki, oturuşmuş siyasi partiyalarla birbaşa təmas qura bilməz.

Rusiya Fransanın Milli Cəbhə, Almaniyanın «Die Linke», qısası, bütün növ ifrat solçu və sağçı partiyalarla işləyib, ümid edib ki, nə vaxtsa bu adamların əsl nüfuzu və gücü olacaq:

«Avropa Rusiyanın təsirini önləmək istəyirsə, iqtisadiyyatını sahmanda saxlamalıdır. Bu qədər bəsitdir məsələ. Avropalılar sonsuz qənaətcillik və struktur islahatlardan başqa bir şey görməsələr, axırda daha çox yunanı ayağa qaldıracaqlar... Nə qədər ki, Avropanın iqtisadiyyatı düzəlməyib, narazılıq artacaq və belə bir mühitdə sonucda «Syriza» kimi partiyalar hakimiyyətə gələcək».

XS
SM
MD
LG