Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:14

Rusiyanın vilayətində hər gün dərs qabağı dövlət himni oxunacaq


Rusiyanın Kalujsk vilayətində sentyabrın 1-dən hər gün dərslər başlanmazdan Rusiyanın dövlət himni oxunacaq.

Müvafiq fərmanı regional təhsil və elm nazirliyi imzalayıb.

Himnə görə şagirdlərə qiymət də veriləcək və siniflərdə Rusiya və vilayətlərin simvolu ilə bağlı xüsusi guşə yaradılacaq.

Təhsil müəssisələrində himnin oxunmasını yanvarda vilayətin qubernatoru Anatoliy Artamanov təklif edib.

O hesab edir ki, bu, şagirdlərdə vətənpərvərlik hissini gücləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG