Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:42

Dünyanın 2-ci böyük bankı qalmaqalla üzləşib


HSBC Bank
HSBC Bank

Böyüklüyünə görə dünyada ikinci ilan HSBC kommersiya bankının İsveçrədəki filialı imkanlı müştərilərin vergidən yayınmasına kömək etməkdə günahlandırılır.

İstirahət günləri online sistemdə 60 mindən çox məxfi materiallar yayılıb.

Söhbət cinayətkarlar, iş adamları, siyasətçilər və tanınmış şəxslər də daxil olmaqla 100 mindən çox müştəridən gedir.

Sənədlərə görə, bank dünyanın 200-dən çox ölkəsindən olan müştərinin İsveçrədə məxfi hesablar açmaqla vergidən yayınmasına kömək edib.

Söhbət 119 milyard dollardan çox vəsaitdən gedir.

Bu sənədləri komuter təhlükəsizliyi üzrə mütəxəssis HSBC-dən 2007-ci ildə oğurlayaraq Fransa hökumətinə ötürüb və bundan sonra bir neçə ölkədə istintaq başlanıb.

XS
SM
MD
LG