Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:00

«Leviafan» hələ ki kinoteatrlarda yoxdur


Filmdən kadr
Filmdən kadr

-

«Hələ ki paytaxtdakı kinoteatrların yayım cədvəlində «Leviafan» filmi yoxdur».

Bunu AzadlıqRadiosuna «Park Cinema» kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundov bildirib. Əlavə edib ki, bu filmin yaxınlarda kinoteatrlarda nümayiş olunub-olunmayacağı bəlli deyil.

İndiyədək bir neçə beynəlxalq mükafata layiq görülən, «Oskar»a namizəd olan film Rusiyada mübahisələrə səbəb olub. Film Rusiyada sıravi vətəndaşların korrupsiyalaşmış məmurlara qarşı mübarizəsindən bəhs edir.

Bundan öncə mətbuat yayım firmasının Azərbaycanda filmi kirayələrdən götürdüyünü yazmışdı. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi isə ölkədə sözügedən filmə qadağa qoymadığını bəyan etmişdi.

XS
SM
MD
LG