Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:24

Qalmaqallı seçki videosuna görə məhkəmənin vaxtı bilindi [Video]


Əfrus Hacıyeva

Əfrus Hacıyeva

-

Yasamal rayon 12 saylı seçki məntəqəsinin üzvü Əfrus Hacıyevanın iddiası əsasında «Azadlıq» qəzeti və «Meydan TV»yə qarşı məhkəmə prosesi fevralın 12-ə təyin edilib.

Proses Yasamal rayon Məhkəməsində keçiriləcək.

Bu haqda AzadlıqRadiosuna «Azadlıq» qəzetinin redaktoru Rahim Hacıyev deyib. Qəzet hələlik vəkil tutmayıb.

Ötən həftə məlum olub ki, Əfrus Hacıyeva hər iki KİV-i məhkəməyə verib. Məhkəmə iddiası əslində təkcə onun yox, 12 saylı məntəqənin bütün üzvləri adından hazırlanıb. ONlar hər iki KİV-i onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edirlər. Eyni zamanda, 5 min manat təzminat və təkzib tələb edirlər.

Ötən il keçirilən bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı Cavid Abdullayev Yasamal rayon 12 saylı seçki məntəqəsində qanun pozuntusunun şahidi olmuşdu, o, seçicinin qutuya topa bülleten atdığını çəkmişdi. Əfrus Hacıyeva jurnalistin bununla bağlı sualına cavab verməyərək məntəqədən qovmuşdu.

Bu hadisə sosial şəbəkələrdə və KİV-də geniş rezonans doğurmuşdu.

Bundan sonra Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə qanun pozuntusunu əsas gətirərək seçkilərin nəticələrini ləğv edib və məntəqə komissiyasını buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG