Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

Rusiya prezidenti Vladimir Putin İranın nüvə proqramı ilə bağlı danışıqlarda müəyyən irəliləyiş olduğunu deyir.

O yanvarın 9-da Misirin Al Ahram qəzetinə müsahibəsində bildirib ki, əsas məsələ odur ki, heç kim vəziyyətdən birtərəfli qaydada faydalanmağa çalışmamalı və ya balans üçün lazım olan həddən artıq alver eləməməlidir.

İranın ali dini lideri Ayatollah Ali Khamenei bundan əvvəl bu danışıqlarda yaxşı kompramisin tərəfdarı olduğunu bildirib.

Khamenei hesab edir ki, tərəflərdən heç biri bu məsələdə istədiyinin hamısını ala bilməməlidir.

İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehranla yanaşı ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Almaniya iştirak edir.

Tərəflər iyunun 30-dək yekun razılığa gəlmək qərarına gəliblər.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG