Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 23:16

AzadliqLive - 13 fevral

13:19 13.2.2015

Hamıya salamlar!

AzadliqLive 13 fevral proqramına hazırlığa başlayır. Bugünkü mövzulardan biri də Minskdə Ukrayna böhranı ilə bağlı danışıqların pərdəarxası, əldə olunmuş sazişin nəticələri və perspektivləridir. Axşam saat 8-də, AzadliqLive-da

04:21 13.2.2015
Dana Rohrabacher
Dana Rohrabacher
Dana Rohrabacher Azərbaycan hökumətini tənqid edir

ABŞ Nümayəndələr Palatasının Kaliforniyadan olan respublikaçı üzvü Dana Rohrabacher bildirib ki, Azərbaycan hökuməti tənqidləri ağrılı qəbul edir və bu da onu qəbuledilməz və lazım olmayan hərəkətlərə sürükləyir: "Beləliklə, bizim hamımıza, o cümlədən özünə problem yaradır".

ABŞ Nümayəndələr Palatasında Azərbaycanla bağlı dinləmələrdə çıxış edən Rohrabacher-ın sözlərinə görə, müzakirənin təşkilində məqsəd heç də Azərbaycanı ədalətsiz şəkildə yıxıb-sürümək deyil. Amma o da var ki, onun qüsurlarına göz yummaq vəziyyəti heç də yaxşılaşdırmayacaq.

Nümayəndələr Palatasının üzvü bunun bir nəticəsi kimi hüquq-mühafizə orqanlarının Azadlıq Radiosunun Bakı bürosunu bağlamasını göstərib.

Rohrabacher deyib ki, düzdür, Azərbaycan elə ölkələrlə də həmsərhəddir ki, orada insan haqlarının vəziyyəti daha pisdir. Amma bir ölkədə insan haqlarının vəziyyətinin çox pis olması o biri ölkədə pis olmasına bəraət qazandırmamalıdır.

Dinləmələrdə ABŞ Nümayəndələr Palatasının demokrat üzvü Gregory Meeks də çıxış edib. O, "Prezident İlham Əliyev və Azərbaycan hökuməti mülki cəmiyyətin bir sıra üzvləri ilə necə davranmalarından narahat olduğumuzu bilməlidirlər" - deyib.

Palatanın digər demokrat üzvü Albio Sires isə bildirib ki, Azərbaycan hökumətinin son dövrlərdə mülki cəmiyyət və müstəqil mətbuata qarşı etdiyi basqılardan çox narahatdır. "Biz hamımız bilirik ki, demokratiya vətəndaşların öz fikirlərini azad şəkildə ifadə etməsinə şərait yaradılmadan mövcud ola bilməz" - deyə o vurğulayıb.

03:55 13.2.2015
Azadlıq Radiosunun Bakı bürosu möhürlənib.
Azadlıq Radiosunun Bakı bürosu möhürlənib.
Azadlıq Radiosunun Bakı ofisinin qapadılması problemi də diqqətdədir

"Azərbaycanda insan haqları ilə bağlı yaranmış vəziyyəti diqqətdən kənar qoymaq olmaz. QHT-lər qorxudulur və bağlanır, azad media və jurnalistika basqı altındadır, demokratiya uğrunda mübarizə aparan fəallar həyəcan doğuracaq templə həbsə atılır".

Bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin alt komitəsində Azərbaycanla bağlı keçirilən dinləmələrdə Ted Deutch deyib.

Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Deutch xatırladıb ki, ötən ilin dekabrında Azərbaycanın hüquq-mühafizə orqanları Bakıda Azad Avropa və Azadlıq Radioları Korporasiyasının ofisini və bir sıra başqa ABŞ proqramlarını qapadıblar.

Onun sözlərinə görə, insan haqlarına qarşı yönələn repressiv siyasət narahatlıq doğurur:

"Əgər məsələ o həddə çatırsa ki, ölkədə demokratiya və insan haqlarının vəziyyətini yaxşılaşdırmağa çalışan beynəlxalq mülki cəmiyyət qrupları repressiya və həbs qorxusundan fəaliyyətlərini dayandırmağa məcbur olurlar, onda hökumətə ciddi siqnal göndərilməlidir ki, onun siyasəti yanlış səmtə yönəlib".

23:51 12.2.2015

Liberalzimi boğanda, yerini dini radikalimz tutacaq

Richar Kauzlarich

İnsan haqları ABŞ təhlükəsizliyə ən böyük təhlükədir. Son 20 ildə biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik. Lakin Azəbaycan hakimiyyəti liberal institulara təzyiq edəndə, ğlkədə demokratiya və insan haqlarını tələb edən şəxsləri həbs edəndə, siyasi və sosial sferada başqa, Azərbaycanın stabilliyinə böyük təhlükə yaradan daha güclü qüvvələrə yol açır. Səhv etməyin: radikal İslam yaranan boşluğu cox sürətlə doldurur. Onlar ancaq Amerika və İsrail bayraqlarını yandırmırlar, onlar Suriyaya İŞİD sıralarında döyüşçülər göndərirlər. Bu döyüşçülər geri qayıdanda ancaq Azərbaycana deyil, ABŞ-ın maraqlarına da təhlükə törədirlər. Ona görə də insan haqları ikinci dərəcəli məsələ kimi nəzərdən keçirilməli deyil.

Davamı

XS
SM
MD
LG