Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:34

Anar Məmmədli həbsxana otağının dəyişdirilməsini istəyir


Anar Məmmədli

Anar Məmmədli

-

Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qaldığı barakın dəyişdirilməsini istəyir.

Bu barədə AzadlıqRadiosuna onun atası Asəf Məmmədov məlumat verib.

Ailə üzvləri Anar Məmmədli ilə fevralın 8-də görüşüb. Asəf Məmmədovun dediyinə görə, Anar Məmmədli allergiyadan əziyyət çəkir, qaldığı otağı da dəyişdirmək istəyi bununla bağlıdır:

«Cəzaçəkmə müəssisəsi ətrafı çirkli sularla əhatə olunub, ekoloji cəhətdən pis yerdə yerləşir, antisanitariya vəziyyətidir. Anar da allergiyadan əziyyət çəkir. Qaldığı otaq bu baxımdan ona əlavə problem yaradır. Ona görə də, müəssisə rəhbərliyinə otağını dəyişdirməklə bağlı artıq müraciət edib».

Asəf Məmmədov oğlunun başqa bir şikayətinin olmadığını bildirir, deyir ki, əhvalı yaxşıdır, yeganə narahatçılığı müstəqil qəzetləri vaxtlı-vaxtında ala bilməməsidir. Səhhətindəki problemlərlə bağlı da müəssisədə lazımi müalicə alır.

Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vəzifəsindən sui-istifadə və vergidən yayınma ittihamları ilə 5 il yarım azadlıqdan məhrum edib.

«Amnesty International» təşkilatı Anar Məmmədlini «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG