Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

-

Fevralın 9-na keçən gecə Donetskdə güclü partlayış olub. Partlayışın işığı bir neçə kilometrdə görünüb. Xəsarət alanlar barədə hələlik informasiya yoxdur.

RİA-Novosti özünü "Donetsk XAlq Respublikası" adlandıran qurumun təmsilçilərinə istinadla yazır ki, partlayışın episentri Donetsk kimyəvi məhsullar zavodu olub. Partlayışa taktiki raket zərbəsinin səbəb olduğu güman edilir.

Hökumət qüvvələri isə separatçıların silah-sursat anbarının partlaması barədə məlumat yayıblar. "Sağ sektorun" lideri Dmitriy Yaroş facebook-da yazıb ki, hərbçilər 20 "Grad" qurğusunu, 30 maşın hərbi komplekti və 200-ə yaxın separatçını məhv ediblər. Hələlik bu məlumatlar başqa mənbədən təsdiqlənməyib.

Zavod ötən il də atəşə tutulub. Donetskin şimalında, aeroport yaxınlığında yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG