Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:49

İD-ə quru hücumu "bir neçə həftəyə" başlaya bilər


İrqın şimalında ABŞ təyyarəsi

İrqın şimalında ABŞ təyyarəsi

-

İraq əsgərləri İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı quru hücumunu bir neçə həftəyə başlayacaq. Bunu İD-ə qarşı beynəlxalq koalisiyanın ABŞ-dan olan koordinatoru, general John Allen deyir.

Fevralın 8-də İordaniyanın rəsmi Petra agentliyinə müsahibəsində John Allen deyib ki, "İraq əsgərləri İraqı geri almaq üçün quru əməliyyatına başlayanda, koalisiya da bununla yanaşı böyük atəş əməliyyatı həyata keçirəcək".

Ötən 3 gün ərzində İordaniya İD hədəflərinə 56 hava hücumu həyata keçirib. İordaniyalı pilot diri-diri yandırılandan sonra hökumət silahlı qruplaşmaya sərt cavab verəcəyini açıqlayıb.

Koalisiya ötən ilin avqustundan hava zərbələrinə başlayandan, Suriya və İraqdakı quru qüvvələri İD-nin tutduğu ərazilərin 20 faizini geri qaytarıb. Bunu ABŞ Dövlət katibi John Kerry Münhendə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG