Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:30

"Oğlan çağı" ən yaxşı film oldu


Richard Linklater (ortada) Qızıl Qlobus mükafatının təqdimatında
Richard Linklater (ortada) Qızıl Qlobus mükafatının təqdimatında

-

Richard Linklater-in "Oğlan çağı" (Boyhood) filmi fevralın 8-də Britaniyanın BAFTA mükafatını ən yaxşı film nominasiyasına görə alıb. Linklater isə ən yaxşı rejissor mükafatına layiq görülüb.

165 dəqiqəlik "Oğlan çağı" filmi 12 ilə çəkilib, Mason adlı oğlanın 5 yaşından 18 yaşınadək Texasda böyüdüyü illəri əks etdirir.

Ən yaxşı aktyor mükafatına Eddie Redmayne "Hər şeyin nəzəriyyəsi" (The Theory of Everything) filmində britaniyalı alim Stephen Hawking-in obrazına görə layiq görülüb.

Julianne Moore ən yaxşı aktrisa olub. O, "Hələ də sağ" (Still Alive) filmində Alzheimer xəstəliyindən əziyyət çəkən qadını oynayır. Patricia Arquette isə "Oğlan çağı" filmində Mason-un anası obrazına görə ən yaxşı ikinci dərəcəli rol mükafatını alıb.

Ən yaxşı sənədli film mükafatını Laura Poitras ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden barədə filmə görə qazanıb.

Fevralın 22-də Oscar Akademiya Mükafatının təqdimatı olacaq. BAFTA bu ərəfədə verilən sonuncu böyük film mükafatıdır.

XS
SM
MD
LG