Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:19

Yunanıstan borc müddətinin uzadılmayacağını deyir


Alexis Tsipras parlamentdə

Alexis Tsipras parlamentdə

-

Yunanıstanın baş naziri Alexis Tsipras deyir ki, ölkəsi borcunun müddətini uzatmağa çalışmır. Ancaq ölkə əsas borc verəni olan Almaniyadan 2-ci Dünya Müharibəsinə görə kompensasiyanı almalıdır.

Tsipras fevralın 8-də parlamentdə çıxış edib, deyib ki, borcun son tarixi fevralın 28-dən o yana uzadılmayacaq. Ancaq o, inandığını bildirib ki, avropalı tərəfdaşları ilə növbəti 15 gün ərzində "körpü" razılaşması əldə oluna bilər ki, defoltun qarşısı alınsın.

"Körpü" proqramı ölkəyə iyunadək vaxt qazandırar və Yunanıstan 240 milyard avroluq (276 milyard dollarlıq) borcunun ödənməsi üçün yeni saziş razılaşdırar.

Tsipras deyib ki, "borcun açdığı böyük yaralar, humanitar böhranı" idarə etmək üçün verdiyi seçki vədlərinə hörmət qoyacaq. Vədlərə iqtisadi böhranın ən çox vurduğu şəxslərə pulsuz ərzaq və elektrik verilməsi, 2016-cı ilədək minimum əməkhaqqının 751 avroya qaldırılması da daxildir.

Tsipras onu da bildirib ki, Yunanıstanın 2-ci dünya müharibəsində nasistlərin vurduğu ziyana görə Almaniyadan kompensasiya tələb etməyə "mənəvi öhdəliyi" var.

Günün bütün mövzuları

XS
SM
MD
LG