Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:35

Merkel Obama ilə Ukraynadan danışacaq


Prezidentlərin 6 fevral Moskva görüşü

Prezidentlərin 6 fevral Moskva görüşü

-

Fevralın 9-da Almaniyanın kansleri Angela Merkel Vaşinqtonda ABŞ prezidenti Barack Obama ilə Ukrayna münaqişəsinə dair danışıqlar aparacaq. Bu səfərdən öncə alman hökuməti bildirib ki, Almaniya, Fransa, Ukrayna və Rusiya fevralın 11-də Minskdə Ukrayna böhranı üzrə sammit keçirəcək. Bu planın elanından əvvəl isə Merkel-in Fransa, Ukrayna və Rusiya prezidentləri ilə "ətraflı" telefon danışığı olub.

Gözlənir ki, Merkel Vaşinqtonda Birləşmiş Ştatların Ukraynanı silahlandırmaq çağırışlarına Almaniyanın qarşı çıxdığını bir daha bəyan edəcək. Merkel həftəsonu Münhendə təhlükəsizlik konfransında bildirib ki, "bu münaqişənin hərbi yollarla həll olunmayacağına inanır".

Günün bütün mövzuları

XS
SM
MD
LG