Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Londonda müsəlmanlar “Charlie Hebdo” karikaturalarının peyğəmbəri təhqir etməsinə etiraz bildiriblər


Foto arxivdəndir.

Foto arxivdəndir.

Bazar günü Londonda minədək müsəlman Məhəmməd peyğəmbərin fransız jurnalı “Charlie Hebdo” tərəfindən təhqir olunmasına qasrşı etiraz aksiyası keçirib.

Etirazçılar baş nazir David Cameron-un iqamıətgahə yaxınlığında toplaşmışdılar.

Onların əllərində üzərində “Peyğəmbəri müdagfiə edin” şüarları yazılmış plakatlar vardı.

Bu etiraz aksiyası Fransada üç gün ərzində 17 nəfərin terror hücumlarından həlak olduğu vaxtdan bir neçə həftə sonra keçirilib.

Etirazçılar terro basqınlarını pisləsələr də bildiriblər ki, jurnal Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməməliydi.

Mintinqin sonunda Cameron-un ofisinə 100 min nəfərin imzaladığı petisiya təqdim edilib.

Petuisiyanın Müsəlman Hərəkət Forumu (Muslim Action Forum) adlı təşkilat tətəfindən hazırlandığı xəbər verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG