Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:44

Qahirədə futbol azarkeşlərinin toqquşması nəticəsində 22 nəfər ölüb


Arxiv

Arxiv

Misir paytaxtı Qahirədə futbol azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub.

Toqquşmalara səbəb “Zamalek” futbol klubu azarkeşlərinin stadiona biletsiz girmək cəhdi olub.

Zorakılıqlar ENPPİ komandasının iştirakilə keçiriləcək yüksək liqa matçından əvvəl baş verib.

Bu zorakılıqlra cavab olaraq hökumət milli futbol çempionatının bütün oyunlarını qeyri-müəyyən vaxtadək təxirə salıb.

2012-ci ilin fevralında Misirin başqa bir şəhəri – Port-Səiddə oyun sonrası baş vermiş zorakılıqlarda 70 nəfər həlak olmuşdu.

Bazar günü başlamış toqquşmaları dayandırmaq üçün polis gözyaşardıcı qazlardan istifadə edib.

Xəbər verilir ki, ölümlərin demək olar hamısı, adamların basabasda ayaq altda qalması nəticəsində baş verib.

Zorakılıqların ardınca azarkeşlər küçələrdəki maşınlara od vurublar.

Port Səiddəki zorakılıqlardan sonra stadionlara buraxılan azarkeşlərin sayına məhdudiyyət qoyulmuşdu.

İndi bu məhdudiyyətin yenidən tətbiq ediləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG