Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

-
Yeni Azərbaycan partiyasının 650 min üzvü var, onların 300 mini qadındır. Hakim partiyanın təqribən hər 3 üzvündən biri ali təhsillidir, üzvlərinin 40 faizi isə gənclərdir. Partiya sıralarında 790 elmlər doktoru, 3572 elmlər namizədi var, tələbələrin sayı isə 52 mindir.

Bu rəqəmləri YAPın təşkilatdaxili inkişaf və intizam komissiyasının iclasında İdarə heyətinin üzvü Kərim Kərimov açıqlayıb.

YAP-ın saytı xəbər verir ki, iclasda partiya üzvlüyünə qəbulda keyfiyyət göstəricilərinə üstünlük verilməsdindən danışılıb. “Bu məsələdə keyfiyyət göstəricisi kəmiyyət göstəricisindən həmişə üstün olmalıdır” – deyə Kərim Kərimov bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də partiyaya üzv olmaq istəyənlər arasında keyfiyyət seçiminin aparılmasının əhəmiyyətini qeyd ediblər.

YAP-ın Mərkəzi Nəzarət-Təftiş komissiyasının sədri Məhəmməd Məmmədov partiyaya qəbul prosesində yüksək nizam-intizam, mənəvi-əxlaqi keyfiyyətlərin nəzərə alınmasını müsbət hal kimi qiymətləndirib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucovun fikrincə ölkə gəncliyinin inkişafı İlham Əliyevin qayğısı sayəsində baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG