Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:46

Britaniya şahzadəsi Saudiyyə kralından blogerin xahişini edəcək


Britaniya şahzadəsi vəliəhd Charles.
Britaniya şahzadəsi vəliəhd Charles.

Britaniya şahzadəsi Charles bəyan edib ki, Səudiyyə kralından bu ölkədə 1000 şallaq zərbəsinə məhkum edilmiş blogerin cəzadan azad edilməsini xahiş edəcək.

Britaniya şahzadəsi özünün Yaxın Şərqə dörd günlük səfərinə bazar günü İordaniyadan başlayıb. O,buradan Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına yollanmalıdır.

“Mail on Sunday” qəzeti açıqlamadığı mənbəyə istinadən bidirib ki, Charles blogger Raif Badawi-nin cəzadan azad edilməsi üçün kral Salmana müraciət edəcək.

Badawi 10 il həbsxana cəzasına və 1000 şallaq zərbəsinə məhkum edilib.

Səfərə çıxmazdan əvvəl televiziya üçün müsahibə verən Uels şahzadəsi Charles Britaniyada çox sayda gəncin radikallaşmasından narahatlığını bildirib.

Britaniya rəsmiləri bildirirlər ki, indiyədək cihada qoşulmaq üçün 600-dək gənc britaniyalı Suriya və İraqa səfər edib.

Hazırda onların təxminən yarısı vətənə qayıdıb və hakimiyyət orqanları məhz bu gənclərin ölkə üçün yarada biləcəkləri təhlükələrdən narahatdır.

XS
SM
MD
LG