Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:37

Ukranyanın 11 fevral ümidi – Minskdə sülh sammiti olacaq


Italiya - "Dördlüyün" görüşü, 17 oktyabr, 2014

Italiya - "Dördlüyün" görüşü, 17 oktyabr, 2014

-

Almaniya, Fransa, Ukrayna və Rusiya fevralın 11-də Minskdə sammit keçirəcəklər.

Sammitdə məqsəd Ukraynanın şərqində atəşkəsə nail olmaqdır.

Almaniya rəsmiləri bildiriblər ki, sammitin keçirilməsi kansler Angela Merkel, Fransa prezident Francois Hollande, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Petro Poroshenko arasında aparılmış “davamlı” telefon danışıqları sayəsində mümkün olub.

Sammit baş tutmaya da bilər

Ötən ilin sentyabrında əldə edilmiş atəşkəs razılaşması son aylar pozulub və Ukrayna ordusu ilə separatçılar arasında genişmiqyaslı döyüşlər bərpa edilib.

Ukrayna lideri Poroshenko Minsk sammitinə ümidlə baxdığını bildirib. Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə deyib ki, sammitdə “mühüm qərarlar” qəbul ediləcəyini gözləyir.

Putin isə sammitin baş tutacağının hələ tam dəqiq olmadığını deyib. Onun spzlərinə görə, dörd lider “bəzi məsələlərlə bağlı” anlaşma əldə etməsələr, sammit baş tutmayacaq.

Fevralın 9-da Berlində ekspertlər səviyyəsində görüş keçirilməli və sammitin gündəliyi razılaşdırılmalıdır.

"Beynəlxalq normalara uyğun" anneksiya

Sergei Lavrov

Sergei Lavrov

Bu arada Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Krımın anneksiyası “beynəlxalq normalara uyğun gerçəkləşdirilib”.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier isə bildirib ki, bu, sülh danışıqlarının ruhuna uyğun bəyanat deyil.

Almaniya həm də ümid edir ki, ABŞ-ı Ukraynaya silah verməməyə razı sala biləcək. Hazırda Obama administrasiyası bu məsələni nəzərdən keçirməkdədir.

Almaniya kansleri Merkel deyib ki, Ukraynanın ehtiyac duyduğu sülh “daha çox silahlanma yolu ilə” əldə edilə bilməz.

Qeyri-rəsmi rəqəmlər

Keçən ilin aprelindən Ukraynanın şərqində başlayan hərbi münaqişə nəticəsində azı 50 min adam həlak olub.

Yaralı Ukrayna əsgəri

Yaralı Ukrayna əsgəri

Bu, rəsmi rəqəmlərdən 10 dəfə çoxdur.

Bu haqda Almaniyanın "The Frankfurter Allgemeine Sanntagszeitung" qəzeti Almaniya kəşfiyyatına istinadən məlumat yayıb.

Ukrayna prezidenti Petro Poroshenko Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında deyib ki, Donbasda Ukrayna hərbçiləri ilə Rusiya separatçıları arasında baş verən hərbi əməliyyatlar zamanı 1200 hərbçi və 5400 dinc sakin həlak olub.

UKRAYNA XƏBƏRLƏRİNİ BURADA İZLƏ

XS
SM
MD
LG