Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:37

Britaniya bildirib ki, Putin Ukrayna məsələsində özünü “tiran” kimi aparır


Britaniyanın xarici işlər naziri Philip Hammond.
Britaniyanın xarici işlər naziri Philip Hammond.

Britaniya Rusiya prezidenti Vladimir Putini Ukrayna məsələsində “tiran” adlandırıb, lakin əlavə edib ki, Ukrayna qoşunları Rusiya ordusunun öhdəsindən gəlmək iqtidarında deyil.

Britaniya xarici işlər naziri Philip Hammond Moskvaya qarşı ən kəskin ritorikadan istifadə etsə də, bu qənaətdədir ki, münaqişə siyasi yollarla çözülməlidir.

“Ukraynanlılar Rusiya ordusunu məğlub edə bilıməzlər – deyib Hammond Sky News telekanalına.

O Putinə işarə ilə deyib ki, “bu adam 21-ci əsrdə beynəlxalq sərhədi pozaraq başqa bir ölkəyə qoşun göndərib, həmin ölkənin ərazisini işğal edibvə özünü 20-ci əsrin tiranı kimi aparıb. Sivil ölkələr özlərini belə aparmırlar”.

Rusiya Qərbin və Ukraynanın Moskvanın münaqişədə birbaşa iştirak etdiyi barədə ittihamlarını rədd edir.

Reuters agentliyinin verdiyi xəbərə görə Hammond deyib ki, London Kiyevi silahlandırmağı planlaşdırmır, lakin Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar qoyulmalıdır.

O Putinlə aparılan son danışıqları nəzərdə tutaraq deyib ki, bu, Rusiyanın yeni sanksiyalardan yaxa qurtarmaq üçün son imkanı olacaq.

Britaniyanın xarici işlər naziri deyib ki, düşən neft qiymətlərinin Rusiya iqtisadiyyatı üzərinə “fəlakətli” təsiri nəzərə alınarsa, yeni sanksiyalar Putini öz kursunu dəyişməyə məcbur edəcək.

Cənab Hammond bir daha Rusiyadan ilhaq etdiyi Krımdan çıxmasını tələb edib.

XS
SM
MD
LG