Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:02

Bakıda antik avtomobillərin sərgisi keçirildi


Bakıda antik avtomobillərin sərgisi keçirildi

Bakıda antik avtomobillərin sərgisi keçirildi

Fevralın 8-də Bakıdakı “Retro” Avto Klubda antik avtomobillərin sərgisi keçirilib.

AzərTAc xəbər verir ki, 15-dək maşının nümayiş etdirildiyi sərgidə, həmçinin antik əşyalar da tamaşaçılara təqdim olunub.

Klubun təsisçisi Elşən İsmayılov təşkilatın 80-dək üzvü olduğunu söyləyib, sərginin əhəmiyyətindən danışıb.

E.İsmayılov diqqətə çatdırıb ki, “Retro” Avto Klubu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində antik muzey kimi qeydiyyatdan keçib. Buradakı ən qədim avtomobil 1936-cı ildə ABŞ-da istehsal olunan “Buck” markalı maşındır. Klubun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kluba xarici turistlərin cəlb olunmasını istəyirik. Məqsədimiz əcnəbi qonaqları burada yaradılan şəraitlə tanış etməkdir".

Klubda antik avtomobillərin satışının təşkil edildiyi bildirilib.

Sərginin bundan sonra hər həftənin bazar günü keçirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG