Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

Göyçayda etiraz aksiyası keçirilməsi xəbəri yayıldı


Göyçayda bundan qabaq olan etiraz aksiyası. 5 may 2014

Göyçayda bundan qabaq olan etiraz aksiyası. 5 may 2014

Fevralın 8-də saat 11-30-da Göyçayda etiraz aksiyası keçirilib.

Aksiyaya çıxan sakinlər işıq və su problemlərinin həll olunması üçün rayon icra hakimiyyətinin qarşısına yığışıb.

Bu haqda yerli hüquq müdafiəçisi Taleh Xasməmmədov Facebook səhifəsində məlumat verib.

Taleh Xasməmmədovun sözlərinə görə, etirazçıları icra hakimiyyətinin başçısnın müavini qəbul edib.

Taleh Xasməmmədov yazır ki, artıq 4 gündür Göyçayda 400 ailənin işığı kəsilib. Sakinlərə iki gündür su da verilmir.

Etirazçılar bildiriblər ki, problemləri həllinin tapmasa, bu gün yenidən aksiyaya çıxacaqlar.

İş günü olmadığı üçün məlumata dövlət orqanlarından münasibət öyrənmək mümkün olmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG