Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:36

Dostoyevsky-nin bu kitabı Azərbaycan dilində ilk dəfə çap olunur


​-

"Qanun" nəşriyyatı "Klassiklər" seriyasından iki yeni kitab çap etdi.

Fyodor Dostoyevski - YAZIÇININ GÜNDƏLİYİ

Bu kitabda Dostoyevskinin ədəbiyyat və ayrı-ayrı yazıçılar, o dövrün yaradıcı mühiti, insanları, eləcə də bilavasitə iştirakçısı və şahidi olduğu hadisələr haqqında yazıları toplanıb.

“Yazıçının gündəliyi” Dostoyevskinin yalnız nəhəng və əvəzolunmaz yazıçı deyil, həm də böyük bir publisist olmasını sübut edir.

“Yazıçının gündəliyi” dilimizə ilk dəfə tərcümə olunur.

Ruscadan tərcümə Məmməd Qocayevindir.

Erich Maria Remarque - ZƏFƏR TAĞI

Tanınmış alman yazıçısı Erix Maria Remarkın “Zəfər tağı” romanı anti-faşist mövzuda yazılmış ən yaxşı əsərlərindəndir.

Müəllif cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir.

Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır.

Tərcümə: Vilayət Hacıyev

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG