Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:07

İranın ali rəhbəri Khamenei deyib ki, “yaxşı” nüvə sazişini qəbul edəcək


İranın ali lideri ayətullah Ali Khamenei.

İranın ali lideri ayətullah Ali Khamenei.

İranın ali dini rəhbəri ayətullah Ali Khamenei bazar günü deyib ki, 6 superölkə ilə istənilən nüvə sazişinin bağlanmasını qəbul edəcək, bir şərtlə ki, bu saziş ölkəsinin maraqlarına zidd olmasın.

Reuters agentliyinin İRNA-ya istinadən yaydığı xəbərdə deyilir ki, Khamenei bu bəyanatı ölkənin hərbi hava qüvvələrinin heyəti qarşısında çıxış edərkən verib.

Hazırda İran Qərb ölkələrinin “P5+1” adlanan qrupu ilə danışıqlar aparır. Bu qrupa Britaniya, Fransa, ABŞ və Rusiya, habelə Almaniya daxildir.

Danışıqlardan alınan son xəbərlərdə deyilir ki, tərəflər İranın nüvə zənginləşdirməsinin dərəcəsini azaltması müqabilində ona qarşı sanksiyaların tədricən qaldırılması çərçivəsində razılaşmaya çox yaxındırlar.

“Bizim danışıqçılarımız düşməni sanksiyalıar siyasətindən məhrum etməyə çalışırlar, - deyib Khamenei, - Əgər baş tutsa, çox yaxşı. Əgər baş tutmasa qoy hamı bilsin ki, bizim bu silahı susdurmaq üçün başqa çoxsaylı vasitələrimiz var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG