Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:47

Rus əsgərinin qətliamı niyə törətdiyi araşdırılır - Versiyalar


Valery Permyakov erməni müstəntiq tərəfindən dindirilir, 22 yanvar
Valery Permyakov erməni müstəntiq tərəfindən dindirilir, 22 yanvar

Rus əsgəri Valery Permyakovun Ermənistanın Gümri şəhərində bir ailəni qırmasının səbəbləri araşdırılır. Ermənistanın İstintaq Komitəsi bildirir ki, bununla bağlı versiyalar üzərində iş aparılır.

"Cəmiyyətdəki marağı nəzərə alaraq, bildiririk ki, zərərçəkən ailənin üzvlərinin təqsirləndirilən şəxs Permyakovla Rusiyada əlaqələrinin olması haqda versiya araşdırılarkən məlum olub ki, öldürülən Asmik və Aida Avetisyanlar 2005-ci ildən qətl törədilənə qədər Ermənistanı tərk etməyiblər. Seryoja və Armen Avetisyanlar isə periodik olaraq Moskva, Krasnodar, Anapa, Soçi və Rostova gedib gəlirmişlər. Bu versiyanın araşdırılması davam edir" - deyə bəyanatda qeyd edilir.

Bundan başqa Permyakovun qətl törətdiyi gün hərəkət marşrutunun öyrənilməsi üçün itlərdən istifadə etməklə istintaq tədbirləri görülüb. Bu göstəricilər onun telefonundakı məlumatlarla tutuşdurulur.

Permyakovun əqli cəhətdən zəif olması barədə şübhələrin yoxlanması üçün Rusiyanın dövlət orqanlarına müvafiq sorğu da göndərilib. Oradan məlumat gələndən sonra Permyakovun müayinəsi üçün ekspertiza təyin olunacaq.

Rusi əsgərinin yanvarın 12-də bir ailənin 7 üzvünü öldürməsi Ermənistanda etirazlara səbəb olub və keçirilən aksiyalarda onun Ermənistana verilməsi tələb edilib. Rusiya bundan imtina edir, amma işin istintaqında erməni müstəntiqlərin də iştirakına icazə verib.

XS
SM
MD
LG