Paytaxt əhalisi gecə yarısı küçələrə çıxaraq qərarı bayram edib. Lakin iraqlılar öz sevinclərini ürəkdolusu yaşaya bilməyiblər. Çünki komendant saatından bir neçə saat əvvəl şəhərin ayrı-ayrı yerlərində 5 partlayış baş verib. Nəticədə 40-dan artıq insan həlak olub. "İslam Dövləti" yaraqlıları terror aktlarına görə məsuliyyəti üzərinə götürüb. Bildirib ki, onlar şiələri hədəf alıblar.
Komendant saatı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa müdaxiləsindən bir il sonra, 2004-cü ildə Bağdadın məzhəb savaşının mərkəzinə çevrildiyi zaman tətbiq olunmuşdu.