Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:59

Ukrayna böhranı ilə bağlı yeni danışıqlar planlaşdırılır


Ukraynadakı münaqişə ilə bağlı diplomatik səylər fevralın 8-də də davam edəcək.

Ukrayna prezidenti Petro Poroshenko ilə Rusiya prezidenti Vladimir Putin məsələni Almaniya və Fransa liderləri ilə telefon söhbətində müzakirə edəcəklər. Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande yeni atəşkəs planını razılaşdırmaq üçün fevralın 5-6-da Kiyev və Moskvada olublar.

2014-cü ilin aprelindən Ukraynanın şərqində davam edən döyüşlərdə 5350-dən artıq adam həlak olub.

Son günlər döyüşlərin intensivləşməsi Vaşinqtonu Ukraynanı silahlandırmaq məsələsini nəzərdən keçirməyə vadar edib.

Fevralın 7-də Münhendə keçirilən təhlükəsizlik konfransında Angela Merkel deyib ki, Kiyevə silah göndərmək Ukraynanın istədiyinə nail olmasına kömək etməyəcək. Eyni tədbirdə çıxış edən ABŞ-ın vitse-prezidenti Joe Biden isə ölkəsinin Ukraynanı müdafiə silahları ilə təmin etməyə hazır olduğunu söyləyib: “Prezident Putin dəfələrlə sülh söz versə də, hər dəfə sülh əvəzinə tanklar, qoşunlar və silahlar göndərib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG