Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

-

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhendə keçirilən təhlükəsizlik konfransında NATO və ABŞ-ı Avropada, xüsusilə də, Ukraynada təhlükəsizliyi sarsıtmaqda ittiham edib.

Lavrov bəyan edib ki, Avropa Birliyi ilə Rusiya arasında strateji əməkdaşlıq sınaqdan çıxmadı.

Lavrov-un sözlərinə görə, bu, ona görə baş verdi ki, AB Rusiya ilə münasibətlərdə “qarşıdurma yolu”nu inkişaf etdirməyi üstün tutdu. Nazir “Avropada təhlükəsizliyin təşkilində dərin və sistemli problemin” olduğunu bəyan edərək bildirib ki, bunu son bir ildəki hadisələr sübut edir. Lavrov söhbətin hansı hadisələrdən getdiyini dəqiq deməsə də, əlavə edib ki, hər bir mürəkkəb vəziyyətə görə Qərb Rusiyanı ittiham etməyə cəhd edir.

Ukraynanın şərqindəki vəziyyətin nizama salınması məsələsindən danışan Lavrov ABŞ və Avropa Birliyini Donbasda konfliktin eskalasiyasında ittiham edərək söyləyib ki, münaqişəni hələ də sülh yolu ilə həll etmək olar. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG