Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

-

Bağdadda bir bomba partlayışında azı 13 nəfər həlak olub. Hadisə İraq paytaxtında çoxdandı davam edən fövqəladə vəziyyətin ləğvindən az əvvəl baş verib.

Associated Press xəbər verir ki, intiharçı bombanı fevralın 7-də paytaxtın şərq hissəsində – Yeni Bağdad ərazisində partladıb. 30 nəfər də yaralı var.

Reuters-in məlumatına görə, daha bir bomba Şarqa bazarı ərazisində partladılıb.

İki partlayışda ölənlərin sayı azı 23 nəfər, yaralılar azı 50 nəfərdir.

Hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb.

Baş nazir Haidar al-Abadi 2004-cü ildən qüvvədə olan gecə fövqəladə rejiminin bu həftəsonu götürülməsinə göstəriş vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG